BAKI, 14 iyul. TELEQRAF
Avropa İttifaqı (Aİ) müstəqil medianı gücləndirmək üçün Ermənistana 1.5 milyon ayıracaq.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan, Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen və Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta arasında keçirilmiş üçtərəfli görüşün yekunlarına dair yayılan birgə bəyanatda qeyd olunub.
Bildirilib ki, Aİ Ermənistan informasiya ekosistemini dəstəkləmək, müstəqil medianı gücləndirmək üçün 1,5 milyon avroluq yeni paket elan olunub.