BAKI, 13 iyul. TELEQRAF

Yaponiya və Avropa İttifaqı (Aİ) ABŞ-dən asılılığı azaltmaq üçün öz peyk şəbəkələrini yaratmaq istəyirlər.

Teleqraf xəbər verir ki, bu barədə “Nikkei” nəşri məlumat yayıb.

Məlumata görə, Yaponiya və Aİ müdafiə sənayesində əməkdaşlıq etməyi planlaşdırır.

Müvafiq razılaşmaların iyulun 23-də Tokioda keçiriləcək Yaponiya-Aİ sammiti zamanı əldə olunacağı bildirilir. Tərəflərin birgə idarə olunacaq kiçik peyklər qrupunun yaradılması ilə bağlı razılığa gələcəyi gözlənilir.

Nəşr qeyd edir ki, Yaponiya və bir çox Aİ üzvü olan ölkələr ABŞ-nin müttəfiqləri olmaqla Vaşinqtondan çox asılıdır.