BAKI,11 iyul. TELEQRAF
Türkkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan PKK terror təşkilatının silahı yerə qoyması ilə bağlı paylaşım edib.
Teleqraf xəbər verir ki, R.T.Ərdoğan terrordan azad Türkiyənin əsas hədəflərdən biri olduğunu bildirib.
"Terrorsuz Türkiyə hədəfimizə gedən yolda atılan önəmli addımın uğurlu olmasını diləyirəm. Allah ölkəmizin təhlükəsizliyi, millətimizin hüzuru və bölgəmizdə daimi sülhün bərqərar olması üçün getdiyimiz bu yolda hədəflərimizə çatmağı nəsib etsin!" - deyə, Ərdoğan qeyd edib.