BAKI, 7 iyul. TELEQRAF

Rusiyanın fövqəladə hallar naziri Aleksandr Kurenkov Beynəlxalq Mülki Müdafiə Təşkilatının (BMMT) iclasında iştirak etmək üçün Bakıya gəlib.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya FHN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Kurenkov bu gün Bakıda keçirilən Beynəlxalq Mülki Müdafiə Təşkilatının İcraiyyə Şurası və Baş Assambleyasının iclaslarında iştirak edəcək.

Tədbirin gündəliyində əsas məsələ təşkilatın baş katibinin seçilməsidir.

Qeyd edək ki, BMMT dünyanın 60-dan artıq ölkəsinin fövqəladə xidmətlərini bir araya gətirir və qlobal miqyasda humanitar yardım fəaliyyətləri həyata keçirir.

Xatırladaq ki, Rusiyanın Azərbaycanla yaranan gərginliyi həll etmək üçün Bakıya Aleksandr Kurenkovun rəhbərlik etdiyi nümayəndə heyətinin gələcəyi qeyd olunurdu.