BAKI, 1 iyul. TELEQRAF
İyulun 1-nə keçən gecə Ukrayna ordusu Rusiyanın işğalı altında olan Luqansk və Donetsk bölgələrinə kütləvi zərbələr endirib.
Teleqraf xəbər verir ki, Rusiyanın “Telegram” kanallarında bununla bağlı çoxlu foto və videolar yayılıb.
Məlumata görə, Luqansk şəhərində partlayışlar və yanğınlar olub.
Şəhər pilotsuz uçuş aparatları tərəfindən hücuma məruz qalıb - səmada 20-dən çox dron qeydə alınıb.
Rusiya kanalları Donetskə hücum zamanı Ukrayna ordusunun Britaniyanın “Storm Shadow” raketlərindən istifadə etdiyini bildirib.