BAKI, 25 iyun. TELEQRAF

Sakit okeanda üç həftədir yanan gəmi batıb.

Teleqraf “Bloomberg”ə istinadən xəbər verir ki, içərisində 3000-dən çox avtomobil olan "Morning Midas" yük gəmisi olub.

Məlumata görə, gəmidə yanğın iyunun 3-də başlayıb. Gəmidə olan 22 heyət üzvü yanğını özləri söndürməyə çalışsalar da, yanğına nəzarət edə bilməyiblər.

ABŞ Sahil Mühafizəsi dənizçiləri başqa gəmiyə təxliyə edib.