BAKI, 24 iyun. TELEQRAF

Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) İsrail və ABŞ tərəfindən İranın nüvə obyektlərinə endirilən zərbələr nəticəsində qonşu ölkələrdə hər hansı bir radiasiya təsirinin qeydə alınmadığını açıqlayıb.

Teleqraf xəbər verir ki, bu barədə AEBA-nın baş direktoru Rafael Qrossi təşkilatın rəsmi saytında yayımlanan bəyanatında bildirib.

“Əldə olan məlumatlara əsaslanaraq AEBA tam əminliklə bildirə bilər ki, endirilən zərbələr nəticəsində qonşu ölkələrdə əhali və ətraf mühit üçün heç bir radiasiya riski qeydə alınmayıb. Bu isə nüvə təhlükəsizliyi baxımından olduqca vacibdir. Qeyd edim ki, İranın tədqiqat və enerji istehsalı üçün nəzərdə tutulan reaktorları hücumlara məruz qalmayıb”, – Qrossi vurğulayıb.