BAKI, 23 iyun. TELEQRAF

İsrail təyyarələri İranın Tehran, Kərəc, Urmiya şəhərlərini bombalayır.

Teleqraf xəbər verir ki, İsrail Müdafiə Qüvvələri Tehran sakinlərinə təcili xəbərdarlıq edib.

"Tehran sakinlərinə təcili xəbərdarlıq! İsrail ordusu son günlər bütün İranda olduğu kimi, Tehranda da hərbi infrastruktura hücum edəcək. Hörmətli vətəndaşlar, təhlükəsizliyiniz və sağlamlığınız üçün xəritədə qeyd olunan ərazini dərhal tərk etməyinizi və yaxın bir neçə saat ərzində bu əraziyə yaxınlaşmamağınızı xahiş edirik".

Buna cavab olaraq, SEPAH israillilərə Ramat Qan bölgəsini (Təl-Əvivin rayonu) boşaltmaları üçün ivrit dilində xəbərdarlıq edib.

Az öncə İsrail Hərbi Hava Qüvvələri İranın qərbində raket və buraxılış qurğularının saxlandığı SEPAH-ın yeraltı hərbi obyektlərinə zərbələr endirib.

İsrail təyyarələrini vurmaq üçün nəzərdə tutulduğu deyilən İranın hava hücumundan müdafiə sisteminə hücumun görüntüləri də yayılıb.