BAKI, 23 iyun. TELEQRAF

ABŞ İran ilə birtərəfli qaydada atəşkəs elan edə bilər.

Teleqraf xəbər verir ki, bu barədə “Ynet”in müxbiri Ronen Berqman İsrail təhlükəsizlik orqanlarının hazırkı və keçmiş yüksək vəzifəli şəxslərinə istinadən məlumat yayıb.

Rəsmilərin fikrincə, İranın nüvə obyektlərindən qalan hissələr əhəmiyyətsizdir.

“Nə qədər ki, İsrail və ABŞ İranda hava üstünlüyünü qoruyub saxlayır və bu ölkə zənginləşdirmə fəaliyyətini bərpa etməyə başlayan kimi və ya İsrailə raket atdığı anda hücuma məruz qala bilər”, - müxbir rəsmilərə bildirib.

Məlumata görə, əgər belə bir atəşkəs elan edilərsə və İran onu pozarsa, İsrail və ABŞ birlikdə həyati əhəmiyyətli infrastruktur və ya enerji obyektlərinə zərbələr endirə bilər.

Digər tərəfdən, əgər İran atəşkəsə riayət edərsə, bu, İslam Respublikasına İsrail və ABŞ-nin hücumlarının öhdəsindən gəldiyini iddia etməyə imkan verəcək, ABŞ və İsrail isə İranın nüvə təhlükəsini aradan qaldırdıqlarını bəyan edəcəklər, nəticədə gərginlik səngiyəcək.