BAKI, 22 iyun. TELEQRAF

ABŞ Dövlət Departamenti diplomatik korpus əməkdaşlarının bir qisminin və onların ailə üzvlərinin Livandan çıxarılması barədə qərar qəbul edib.

Teleqraf xəbər verir ki, bu barədə Livanda olan ABŞ vətəndaşlarına göndərilən bildirişdə deyilir.

Qərarın regionda təhlükəsizliklə bağlı vəziyyətin qeyri-sabit olması ilə əlaqədar qəbul edildiyi bildirilir.