BAKI, 22 iyun. TELEQRAF
ABŞ və İsrail İrana qarşı sıx əməkdaşlıqda hərəkət etdilər.
Teleqraf xəbər verir ki, bunu Amerika Prezidenti Donald Tramp deyib.
Tramp bildirib: "Mən İsrailin baş naziri Netanyahuya təşəkkürümü bildirmək və onu təbrik etmək istəyirəm. Biz bir komanda kimi çalışdıq. Bəlkə də indiyə qədər heç bir komanda belə işləməyib. İsrail üçün bu dəhşətli təhlükəni aradan qaldırmaq üçün uzun yol qət etmişik. Mən İsrail hərbçilərinə gördükləri əla işə görə təşəkkürümü bildirmək istəyirəm".