BAKI, 20 iyun. TELEQRAF
ABŞ İranın Fordo nüvə obyektinə qarşı bombalardan istifadə etməyəcək.
Teleqraf xəbər verir ki, bu barədə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (BAEA) baş direktoru Rafael Qrossi bildirib.
“Ümid edirəm, bu baş verməyəcək. Ümid edirəm ki, biz diplomatik həll yoluna qayıda biləcəyik. Biz hesab edirik ki, yaxşı razılaşma və etibarlı nəzarət mövcuddur. Bunkerləri məhv etməyə ehtiyac yoxdur",- o deyib.
O, həmçinin bəzi dairələrin İranın urana sahib olması onun yaxın gələcəkdə nüvə bombası hazırlayacağı anlamına gəlir fikirlərini “boş spekulyasiya” adlandırıb.
Qrossinin sözlərinə görə, nüvə yanacağına sahib olmaq hələ atom bombası istehsalı demək deyil. Əks halda, bütün atom elektrik stansiyası olan ölkələr eyni ittihamlarla üzləşə bilərdi.
Qrossi daha əvvəl də bəyan etmişdi ki, İran nüvə bombası hazırlamaqla məşğul olmayıb.