
BAKI, 19 iyun. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Turin "Yuventus"unun futbolçularını qəbul edib.
Teleqraf xəbər verir ki, “Yuventus” hazırda klublararası dünya çempionatında iştirak etdiyi ABŞ-dədir.
Kadrlarda Amerika liderinin “Yuventus”un baş məşqçisi İqor Tudor və futbolçularla görüntüləri əks olunub.
Qeyd edək ki, iyunun 19-da Bakı vaxtı ilə saat 05:00-da “Yuventus” BƏƏ-nin “Əl Ayn” klubu ilə qarşılaşacaq.