BAKI, 15 iyun. TELEQRAF
İranın İsrailə enirdiyi raket zərbələri nəticəsində ölənlərin sayı 3 nəfərə çatıb.
Teleqraf xəbər verir ki, bu barədə Shot Telegram kanalı məlumat yayıb.
Yaralıların sayının isə 100 nəfəri keçdiyi bildirilir.
***
İranın İsrailə hücumu nəticəsində 50 nəfər yaralanıb.
Teleqraf xəbər verir ki, Təl-Əvivin cənubundakı Rohvot məhəlləsində yaşayış binası tamamilə dağılıb.
Hadisə yerində yanğın baş verib.
***
İran İsrailə ballistik raketlərin ikinci dalğasını atıb.
Teleqraf xəbər verir ki, bu barədə “Mash Telegram” kanalı xarici mediaya istinadən məlumat yayıb.
Məlumata görə, pilotsuz təyyarələr İsrailə İraq, Suriya və İordaniya ərazisindən daxil olur.
İsrail hücumun qarşısını almaq üçün havaya qırıcı təyyarələr qaldırıb.
Qeyd edək ki, İranın atdığı raketlərə görə İsrailin bir neçə bölgəsində hava hücumu xəbərdarlığı edilib. İsrail Hərbi Hava Qüvvələri raketləri məhv etməyə çalışır.