BAKI, 14 iyun. TELEQRAF
Böyük Britaniya Yaxın Şərqdəki bazalarına əlavə döyüş təyyarələri yerləşdirəcək.
Teleqraf "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın Baş naziri Kir Starmer məlumat verib.
Onun sözlərinə görə, İngiltərə bölgədəki gərginlik fonunda Yaxın Şərqdəki bazalarına əlavə döyüş təyyarələri yerləşdirməli olacaq.
Nazir jurnalistlərə deyib: "Biz döyüş təyyarələri də daxil olmaqla, qüvvələri bölgəyə yeridirik. Bu, təcili yardım göstərmək üçündür".