BAKI, 13 iyun. TELEQRAF

İranın Natanzadakı nüvə obyektində daha bir partlayış qeydə alınıb.

Teleqraf xəbər verir ki, hadisə yerindən yayılan şəkillərdə qatı tüstü gözə dəyir.

İranın dövlət kanalı məlumatı təsdiqləyib.

***

05.57

İsrail Hərbi Hava Qüvvələri Tehran yaxınlığındakı ən azı altı hərbi bazaya, o cümlədən Parçindəki obyektə hücum edib.

Teleqraf xəbər verir ki, bu barədə “The New York Times” İran rəsmilərinə istinadən məlumat yayıb.

Məlumata görə, İslam Respublikasının hərbi komandanlığı üçün yüksək mühafizə olunan iki kompleksdə yaşayış binalarına da zərbələr endirilib.

***

05:07

İranın iki nüvə obyektində - Natanz və Fordoda partlayışlar baş verib.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyənin “Hürriyet” qəzeti məlumat yayıb.

Qeyd edək ki, İsrail İrana güclü hava zərbələri endirib.