
BAKI, 11 iyun. TELEQRAF
İyunun 11-nə keçən gecə Rusiya ordusunun Xarkova PUA hücumu zamanı azı 2 nəfər ölüb, xəsarət alanların sayı 54-ə çatıb.
Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Fövqəladə Hallar Dövlət Xidməti məlumat yayıb.
Məlumata görə, xəsarət alanlar arasında ən azı 8 uşaq var. Çoxmərtəbəli binalara, özəl sektora və digər obyektlərə ziyan dəyib.
***
05:39
İyunun 11-nə keçən gecə Rusiya ordusu yenidən Xarkov şəhərinə PUA-larla hücum həyata keçirib.
Teleqraf xəbər verir ki, bu barədə Xarkov meri İqor Terekov məlumat verib.
Onun sözlərinə görə, azı 2 nəfər ölüb, 37 sakin yaralanıb. Xəsarət alanlar arasında 5 uşaq da var.
Bildilir ki, çoxmərtəbəli binalara, fərdi evlərə, uşaq meydançalarına, müəssisələrə və ictimai nəqliyyata birbaşa zərbələr endirilib.
Şəhər meri deyib: “Biz bir-birimizə kömək edirik. Mütləq möhkəm dayanacağıq. Xarkov Ukraynadır. Onu sındırmaq olmaz".