BAKI, 9 iyun. TELEQRAF

"ABŞ və İran arasında nüvə proqramı ilə bağlı sazişin bağlanması Yaxın Şərq regionunda sülh prosesinə müsbət təsir göstərəcək".

Teleqraf xəbər verir ki, bunu Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi bildirib.

"Mən ABŞ və İranı bu məsələni uğurlu nəticəyə çatdırmaq üçün səylərini əsirgəməməyə, müdriklik və siyasi cəsarət göstərməyə çağırıram. İranın nüvə proqramı ilə bağlı vəziyyətin sabitləşməsi dərhal effekt verəcək və Yaxın Şərqdə sülhə və inkişafa doğru böyük bir addım olacaq", - o qeyd edib.