BAKI, 7 iyun. TELEQRAF

ABŞ prezidenti Donald Tramp milyarder İlon Maskı respublikaçıların büdcə təklifinə qarşı çıxan demokratların nümayəndəsini maliyyələşdirəcəyi təqdirdə ciddi nəticələrlə üzləşəcəyinə dair xəbərdar edib.

Teleqraf xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri “NBC News”a telefonla müsahibəsində bildirib.

“Əgər bunu etsə, əvəzini ödəməli olacaq. Çox ciddi nəticələr olacaq”, - Tramp vurğulayıb.

Bundan əvvəl Tramp və Mask arasında ictimai qarşıdurma olub, tərəflər bir sıra qarşılıqlı ittihamlar və təhdidlər səsləndiriblər. Prezident qeyd edib ki, Maskla münasibətləri bərpa etmək niyyətində deyil.