BAKI, 7 iyun. TELEQRAF

Avropa İttifaqı (Aİ) və Kanada iyun ayında müdafiə sazişi imzalaya bilər.

Teleqraf xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Məlumata görə, Aİ bu yolla ABŞ-dən asılılığını azaltmaq niyyətindədir.

Xəbərdə bildirilir: “Aİ Kanada ilə müdafiə və təhlükəsizlik tərəfdaşlığı bağlamağı hədəfləyir ki, bu da Kanada şirkətlərinin yeni müdafiə fondunda iştirakına yol açacaq".