BAKI, 6 iyun. TELEQRAF

Bir müddət əvvələ qədər ABŞ Prezidenti Donald Trampın administrasiyasında yer alan amerikalı sahibkar, “Tesla” şirkətinin baş direktoru İlon Mask dövlət başçısına qarşı impiçment elan edilməsi ideyasını dəstəkləyib.

Teleqraf xəbər verir ki, bu barədə o, “X” sosial şəbəkəsində yazıb.

Belə ki, Mask platformanın istifadəçilərindən birinin "Trampa impiçment elan edib onu (ABŞ vitse-prezidenti - red.) Devid Vens ilə əvəz etmək" təklifinin şərh bölməsinə "Bəli" yazıb.

Mask həmçinin Trampın idxala tətbiq etdiyi rüsumlar səbəbindən ilin ikinci yarısında ABŞ iqtisadiyyatının resessiyaya uğrayacağını proqnozlaşdırıb.