BAKI, 2 iyun. TELEQRAF

Böyük Britaniya Rusiya ilə mübarizə apara bilmək üçün 12 ədəd atom sualtı qayığı inşa edəcək.

Teleqraf xəbər verir ki, bu barədə Birləşmiş Krallıq hökumətinin saytında yayılan məlumatda deyilir.

Qeyd olunur ki, donanma nüvə güc qurğusu və adi silahlarla təchiz edilmiş SSN-AUKUS tipli sualtı qayıqlar hesabına genişləndiriləcək. Onlar Avstraliya, Böyük Britaniya və ABŞ-nin hərbi alyansı olan AUKUS çərçivəsində hazırlanacaq.

"Bizim sualtı qayıq heyətlərimiz Böyük Britaniyanın və müttəfiqlərimizin təhlükəsizliyini təmin etmək üçün bütün günü döyüş növbəsi çəkirlər. Lakin biz bilirik ki, təhdidlər güclənir və Rusiyanın təhlükəsinin qarşısını almaq üçün qətiyyətlə hərəkət etməliyik", - Birləşmiş Krallığın müdafiə naziri Con Hili bildirib.

Sualtı qayıqların inşası barədə elanı Böyük Britaniyanın Baş naziri Kir Starmer iyunun 2-də müdafiə məsələləri üzrə strateji icmalın təqdimatı çərçivəsində etməlidir. Bir neçə ay ərzində hazırlanan sənəd müdafiənin gücləndirilməsi üzrə 62 tövsiyəni əhatə edəcək və ölkə üçün əsas təhdidləri ehtiva edəcək.