BAKI, 31 may. TELEQRAF

ABŞ Prezidenti Donald Trampı Ukraynanın Odessa şəhərinə dəvət ediblər.

Teleqraf xəbər verir ki, bu barədə Ukraynanın xalq deputatı Aleksey Qonçarenko bildirib.

O, yerli saytlara deyib ki, ictimaiyyət qarşısındakı çıxışında D.Trampı Odessaya dəvət edib və təklifi ABŞ Prezidentinə sabiq dövlət katibi Mayk Pompeo çatdıracaq.

A.Qonçarenko deyib: "Burada, forumumuzun keçirildiyi Odessa Opera Teatrında Rusiya imperatorları üçün ayrıca loja var. Bu, onların operadan həzz alması üçün yaradılıb. Orada çox oturmaq istəyən bir nəfər var - bu, İmperator Putindir. Amma o, bunu edə bilməyəcək. Əvəzində ABŞ prezidenti Donald Trampı bu yerə dəvət edirəm. Çünki sülh əldə olunmayanda, Rusiya bu ərazidə olmayacaq, Qara dənizdə isə təhlükəsizlik bərqərar olacaq".