BAKI, 31 may. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp jurnalistlərə "çox inadkar" Ukrayna Prezidenti Volodimir Zelenski ilə işləməli olduğundan şikayətlənib.
Teleqraf xəbər verir ki, bu barədə o, Ağ Evdə mətbuatın suallarını cavablandırarkən bildirib.
Jurnalistlərdən biri Trampın "çox inadkar Vladimir Putin"ə necə münasibət bəslədiyini öyrənməyə çalışıb. ABŞ Prezidenti isə sualı axıra qədər dinləmədən deyib:
"Zelenski də çox inadkardır".
Nəhayət, jurnalist Trampın Putini yaxşı, yoxsa pis insan hesab etdiyi barədə sualını ünvanlaya bilib.
"Mən onu çox yaxşı tanıyıram. Onunla çox şeydən keçmişik", - ABŞ Prezidenti bildirib və birinci müddətində əsassız olaraq Kremllə əlaqələrdə ittiham edildiyini xatırladıb.