
BAKI, 21 may. TELEQRAF
Rusiya və Ukrayna nümayəndə heyətlərinin İstanbulda görüşü yeni mərhələnin başlanğıcıdır.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan Türk Dövlətləri Təşkilatının (TDT) Qeyri-rəsmi Zirvəsi çərçivəsində keçirilən TDT xarici işlər nazirləri Şurasının iclasında çıxışı zamanı bildirib.
Hakan Fidan qeyd edib ki, Rusiya-Ukrayna müharibəsində diplomatik həll yolunda əhəmiyyətli dönüş yaranıb.
"Bu görüş, münaqişənin həlli istiqamətində yeni qapılar açır", – nazir vurğulayıb.