
BAKI, 21 may. TELEQRAF
Böyük Britaniya İordan çayının Qərb sahilində fələstinlilərin hüquqlarının pozulmasına görə İsrailin Nazirlər Kabinetinin bəzi əsas üzvlərinə qarşı sanksiyalar tətbiq etməyi planlaşdırır.
Teleqraf xəbər verir ki, bu barədə “The Times” qəzeti məlumat yayıb.
Qəzetin məlumatına görə, qara siyahıya digərləri ilə yanaşı İsrailin maliyyə naziri Bezalel Smotriç, müdafiə naziri İsrael Kats və milli təhlükəsizlik naziri İtamar Ben-Qvir daxil edilə bilər.