BAKI, 17 may. TELEQRAF

Fransa Seneqalda üçüncü bazadan hərbi kontingentinin çıxarılmasını başa çatdırıb.

Teleqraf xəbər verir ki, bu barədə Fransanın bu ölkədəki səfirliyinin məlumatında deyilir.

"Fransa tərəfi Dakar limanında yerləşən Kontr-Amiral-Prote rayonundakı bazanı Seneqal tərəfinə təhvil verib", - səfirliyin məlumatında deyilir.

Fransanın bütün hərbçilərinin 2025-ci ilin yayınadək Seneqalı tərk etməsi planlaşdırılır.

Xatırladaq ki, Fransa ötən ilin yanvarında Qabon, Seneqal və Kot-d'İvuardakı bazalarında hərbi mövcudluğu azaltmaq qərarı qəbul edib.