BAKI, 15 may. TELEQRAF
Avropa İttifaqı ABŞ-ni Rusiya ilə münaqişəyə cəlb etməyə çalışır.
Teleqraf xəbər verir ki, bu fikri norveçli professor Qlenn Dizen “Judging Freedom” adlı “YouTube” kanalında irəli sürüb.
O bildirib ki, Avropa liderləri danışıqlarda maraqlı deyillər.
"Onların əsas vəzifəsi amerikalıları müharibəyə cəlb etməkdir", - ekspert qeyd edib.
Dizenin sözlərinə görə, Brüssel artıq Ukraynadakı vəziyyəti dəyişmək iqtidarında deyil. Hazırda Avropa siyasətçiləri yalnız birgə fotolar çəkdirə və "güclü siqnallar" göndərə bilərlər.