BAKI, 14 may. TELEQRAF
İstanbulda Ukrayna üzrə danışıqların formatı hələ müəyyənləşməyib.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Danışıqların keçirilməsi üçün hazırlıqlar gedir, lakin iştirakçıların səviyyəsi və müzakirə olunacaq məsələlər hələ tam şəkildə müəyyən edilməyib”,- məlumatda deyilir.
Qeyd edək ki, sabah İstanbulda Rusiya və Ukrayna arasında görüş keçiriləcək.