BAKI, 14 may. TELEQRAF
ABŞ Prezidenti Donald Trampın İranı bölgədə sabitliyi pozmaqda ittiham etməsi yalan və aldadıcıdır.
Teleqraf xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.
“Trampın çıxışı tamamilə yalandır. Əgər bölgədə hansısa xalqın inkişafı qarşısında duran əsas maneə varsa bu, ABŞ-nin 40 ildən çoxdur tətbiq etdiyi sanksiyalar, hərbi təzyiqlər və hədələrdir. İranın iqtisadi problemlərinə görə məsuliyyət daşıyan məhz ABŞ-dir və onun hegemon siyasətidir”,- o qeyd edib.
Əraqçi həmçinin vurğulayıb ki, ABŞ İsrailin bölgədə törətdiyi cinayətlərə və təhdidlərinə göz yumur, İranı isə təhlükə kimi göstərməyə çalışır: “Bu, reallığın təhrif edilməsidir. Əsl təhlükə yaradan İsraildir, İran yox.”
Nazir qeyd edib ki, ABŞ-nin bu ikili standartlara əsaslanan siyasəti nə bölgədə sülhə, nə də beynəlxalq ədalətə xidmət edir.