BAKI, 14 may. TELEQRAF
Avropa İttifaqının (Aİ) üzv ölkələrinin səfirləri Rusiyaya qarşı növbəti 17-ci sanksiya paketini təsdiq ediblər.
Teleqraf xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Bu paketə təxminən 60 rus hüquqi və fiziki şəxsin və 150-dən çox tankerinin sanksiya siyahısına salınması daxildir. Lakin bu dəfə, əvvəlki paketlərdən fərqli olaraq heç bir yeni iqtisadi və ticarət məhdudiyyəti nəzərdə tutulmur.
Yeni sanksiyaların tətbiqi mayın 20-də gözlənilir.