BAKI, 24 aprel. TELEQRAF
Latviya Prezidenti Edqars Rinkeviç ölkənin Ottava Konvensiyasından çıxmasına dair qanunu imzalayıb.
Teleqraf xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Bu qərar Latviyanın təhlükəsizlik sahəsində daha çevik və özünümüdafiəyə yönəlik siyasət yeritməsinə şərait yaratmağı hədəfləyir.
Qanunun izahatında bildirilir ki, regional təhlükəsizlik sahəsində vəziyyətin dəyişməsi fonunda Latviya üçün müdafiə qabiliyyətini gücləndirmək məqsədilə hərbi qərarlarda çevikliyi qoruyub saxlamaq vacibdir.
Qeyd edək ki, Ottava Konvensiyası dünyada piyada əleyhinə minaların istifadəsini qadağan edən beynəlxalq müqavilədir. Bu konvensiya 1997-ci ildə Kanadanın paytaxtı Ottava şəhərində qəbul edildiyi üçün "Ottava Konvensiyası" adı ilə tanınır.