
BAKI, 18 aprel. TELEQRAF
Ukrayna Prezidenti Volodimir Zelenski ölkədə hərbi vəziyyətin və ümumi səfərbərliyin müddətinin daha 90 gün uzadılması ilə bağlı sərəncam imzalayıb.
Teleqraf xəbər verir ki, bu barədə məlumat Ukrayna Ali Radasının rəsmi saytında dərc olunub.
Yeni qərar 9 may 2025-ci ildən etibarən qüvvəyə minəcək.
Qeyd edək ki, aprelin 16-da Ali Rada hərbi vəziyyət və ümumi səfərbərlik rejimlərinin uzadılmasını 15-ci dəfə təsdiqləyib.