
BAKI, 18 aprel. TELEQRAF
"Ukrayna Aİ üzvlüyü üçün heç bir meyara cavab vermir".
Teleqraf xəbər verir ki, bunu Almaniya Bundestaqının deputatı, ifrat sağ meylli "AfD" (Almaniya üçün Alternativ) partiyasının xarici siyasət üzrə eksperti Şteffen Kotre “Deutschland Kurier” nəşrinə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Ukrayna Avropa İttifaqına (Aİ) üzv olmaq üçün müəyyən olunmuş heç bir meyarı yerinə yetirmir.
“Biz görürük ki, Aİ Gürcüstan və Moldovaya qarışır, Ukraynanı öz tərəfinə çəkməyə çalışır - halbuki bu ölkə üzvlük üçün heç bir meyara cavab vermir. Aİ artıq sol-liberal ideologiyanı təbliğ edən siyasi kluba çevrilib”, - o vurğulayıb.
Deputat əlavə edib ki, hətta sanksiyalar və gömrük rüsumları belə ABŞ-nin daxili siyasətinə yönəlib: “Bütün bunlar iqtisadi maraqlara deyil, ideoloji təsir uğrunda mübarizəyə xidmət edir və bu, nə ölkələrin, nə də vətəndaşların xeyrinədir”.