BAKI, 11 aprel. TELEQRAF

Azərbaycan hərbiçilərin mayın 9-da Moskvada keçiriləcək Qələbə Paradında iştirak edəcək.

Teleqraf "TASS"a istinadən xəbər verir ki, bu barədə Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev məlumat verib.

“Azərbaycan hərbçiləri paradda 80 nəfərlik qrup şəklində iştirak edəcək”, - diplomat bildirib.

Səfir əlavə edib ki, heyət məşqlərdə iştirak etmək üçün tezliklə Moskvaya gələcək.