BAKI, 24 mart. TELEQRAF

Rusiya Prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampa hədiyyə verib.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Deyə biləcəyim yeganə şey budur ki, Vladimir Putinin amerikalı həmkarına verdiyi tamamilə şəxsi hədiyyədir. Hədiyyə şəxsi xarakter daşıdığı üçün Rusiya Prezidenti özü deməsə, əlavə məlumat verməyəcəyik".