BAKI, 20 mart. TELEQRAF

Portuqaliya Prezidenti parlamenti buraxıb.

Teleqraf xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, dövlət başçısı parlamentin buraxılması və qanunverici orqanlara seçkilərin 18 may tarixində keçirilməsi ilə bağlı fərman imzalayıb.

Parlamentin buraxılması qərarı 11 martda deputatların Baş nazir Luiş Monteneqrunun rəhbərlik etdiyi hökumətə etimadsızlıq göstərməsindən sonra verilib. Qərar fevral ayında başlayan siyasi böhran fonunda qəbul edilib.

Böhranın əsas səbəbi isə yerli mediada hökumət başçısının ailəsinə məxsus “Spinumviva” şirkətinin mövcudluğu ilə bağlı yayılan məlumatlar olub.

Həmin məlumatlara görə, şirkət Monteneqrunun siyasətlə aktiv şəkildə məşğul olmadığı dövrdə təsis edilib. Lakin sonradan mediada bu şirkətin Baş nazirin əvvəlki iş yerləri ilə maliyyə əlaqələrinin olduğu iddia edilib.

Qeyd edək ki, bu, Portuqaliyada son 3 ildə keçirilən üçüncü seçki olacaq.