
BAKI, 2 mart. TELEQRAF
Kanadanın Baş naziri Castin Trüdo martın 2-də Avropa liderlərinin Ukrayna ilə bağlı Londonda keçiriləcək görüşündə iştirak edəcək.
Teleqraf xəbər verir ki, bu barədə Kanada hökuməti başçısının mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, Trüdo martın 2-də Ukrayna ilə bağlı keçiriləcək sammitdə iştirak etmək Londona gəlib.