HƏMAS hərəkatı hərbi qanadının rəhbəri Məhəmməd əd-Deyfin ölümünü təsdiqləyib.

Teleqraf.com xəbər verir ki, bu barədə HƏMAS-ın Əl-Qəssam briqadalarının nümayəndəsi Əbu Ubaidanın videomüraciətində deyib.

Hərəkat bundan başqa Əd-Deyfin müavini Mərvan İsanın da ölümü təsdiqləyib.

Xatırladaq ki, 2024-cü ilin avqustunda İsrail Müdafiə Qüvvələri (IDF) Xan Yunisə hücum zamanı Məhəmməd əd-Deyfin öldürüldüyünü bəyan eləmişdi, amma HƏMAS bu məlumatı təsdiqləməmişdi.