ABŞ prezidenti Donald Tramp Səudiyyə Ərəbistanından ABŞ iqtisadiyyatına qoyduğu sərmayənin artırılmasını istəyəcək.

Teleqraf.com xəbər verir ki, Tramp tərəfdarları ilə görüşündə belə deyib.

Dövlət başçısının sözlərinə görə, Ər-Riyad ABŞ-dəki sərmayələrini 600 milyard dollaradək artırmağı qərara alıb.

Tramp deyib: "Düşünürəm ki, onlar məbləği 1 trilyonadək artıracaqlar. Mən onlardan 1 trilyon istəyəcəm".