ABŞ-nin Vaşinqton ştatında minlərlə insan Trampın andiçmə mərasiminə etiraz edib.

Teleqraf.com xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Agentlik qeyd edir ki, bu mitinq miqyasına görə onun 2017-ci ildə ilk andiçmə mərasiminə etirazlardan xeyli kiçikdir.

Etirazçılar Franklin parkında və Ağ Evin yaxınlığındakı digər iki parkda toplaşıblar. Onların şüarları demokratiya, immiqrasiya, gender problemləri və bədən muxtariyyəti məsələləri ilə bağlıdır.