Birləşmiş Millətlər Təşkilatının (BMT) yaradılmasının əsaslarına qayıtmaq, bütün kiçik və böyük dövlətlərin bərabərhüquqlu olduğunu nəzərə almaq lazımdır.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin deyib.

“Biz BMT-nin əsas prinsiplərini dirçəltməliyik. Yadda saxlamalıyıq ki, bütün ölkələr bərabərdir və bərabər hüquqlara malikdir. Buna lazımi hörmətlə yanaşmaq lazımdır", - Rusiya lideri bildirib.