Rusiya ordusu Ukraynanın Donetsk vilayətinin Kuraxiv şəhərini ələ keçirib.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Aktiv hücum əməliyyatları zamanı Cənub Qüvvələr Qrupunun bölmələri Donbasın cənub-qərb hissəsinin ən böyük yaşayış məntəqəsi Kuraxiv şəhərini tamamilə azad edib (ələ keçirib - red.)”, - açıqlamada deyilir.