“Bizim xalqımızın belə deyimi var; kaş dodaqlarınla ​​bal içə biləsən. Mən də Ukraynadakı münaqişənin çox tez başa çatmasını istəyirəm”.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Ukraynada münaqişənin 2025-ci ildə bitməsi ehtimalı ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən qeyd edib.

"Münaqişənin nə vaxt bitəcəyini Allah bilir. Mən Allaha inanıram, o bizimlədir", deyə Rusiya lideri qeyd edib.

Putinə görə, Ukrayna Avropanın dəstəyi olmadan nəyinki döyüşə bilər, heç mövcud olmaz.