Suriyada hakimiyyətə gələn Əbu Məhəmməd əl-Colani Rusiyaya Suriya xalqı ilə münasibətlərinə yenidən baxmaq imkanı verib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Əl-Cəzirə” məlumat yayıb.

"Biz ruslara Suriya xalqı ilə münasibətlərinə yenidən baxmaq imkanı verdik", - Colani deyib.

Bundan əlavə, o, ölkənin yenilənmiş rəhbərliyinin İsraillə münaqişəyə girmək niyyətində olmadığını vurğulayıb.