İsrail ordusunun son 24 saatda Qəzza zolağında həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində 32 nəfər həlak olub.

Teleqraf.com xəbər verir ki, bu barədə "Al-Jazeera" anklavın səhiyyə nazirliyinə istinadən məlumat yayıb.

Son sutkada daha 95 nəfərin isə yaralandığı açıqlanıb.

Hazırda şiddətli toqquşmaların müşahidə olunduğu bölgələrdə axtarış-xilasetmə işləri aparılır.

Bununla da 427 gündür davam edən İsrail-Fələstin müharibəsi nəticəsində Qəzzada həlak olanların ümumi sayı əksəriyyəti qadın və uşaqlar olmaqla 44 min 612 nəfərə çatıb.

Yaralı sayı 105.739 nəfər təşkil edir.