Rusiya Silahlı Qüvvələri Qara dənizdə Ukraynaya məxsus pilotsuz katerlərə hücum edib.

Teleqraf.com xəbər verir ki, hadisə ilə bağlı TASS informasiya agentliyi məlumat yayıb.

Hücum nəticəsində 6 pilotsuz katerin yerinin müəyyən olunaraq məhv edildiyi açıqlanıb.

Katerlərin səhər saatlarında hədəf alındığı bildirilib.