Gürcüstanın Konstitusiya Məhkəməsində parlament seçkilərinin nəticələrinin ləğvi ilə bağlı daha bir iddia qaldırılıb.

Teleqraf.com yerli mətbuata istinadən xəbər verir ki, bu barədə "Birlik - Milli Hərəkat" partiyasının lideri Tamar Kordzaya məlumat yayıb.

Onun sözlərinə görə, sənədi Gürcüstan parlamentinin 30 deputatı imzalayıb.