Belarusun Mərkəzi Seçki Komissiyası (MSK) respublika prezidenti vəzifəsinə namizədlərin sənədlərinin qəbulunu başa çatdırıb.
Teleqraf.com xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Məlumata görə, ümumilikdə doqquz nəfər namizəd olmaq niyyətindədir.
Namizədlər arasında ölkənin hazırkı prezidenti Aleksandr Lukaşenko, Liberal Demokrat Partiyasının lideri Oleq Qaydukeviç, Respublika Əmək və Ədalət Partiyasının sədri Aleksandr Xijnyak, Minsk Şəhər İcra Hakimiyyətinin gənclərlə iş üzrə baş ideoloji iş şöbəsinin müdiri Olga Chemodanovadır.
MSK noyabrın 4-də daha beş ərizəçinin sənədlərinə baxacaq.