Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp və Demokratlar Partiyasından vitse-prezident Kamala Harris "CBS News" telekanalına müsahibə verməyi düşünür.

Teleqraf.com xəbər verir ki, bu barədə Axios nəşri məlumat yayıb.

Məlumata görə, müsahibə oktyabrın 7-də “60 dəqiqə” proqramı çərçivəsində nümayiş oluna bilər. Bu, onların seçki kampaniyasının “böyük finalı” olmalıdır. Harrisin kampaniyası müsahibə ilə bağlı CBS News ilə fəal danışıqlar aparır.